Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəpik-quruşa şəfa - Gülxətmi siropu

Qəpik-quruşa şəfa - Gülxətmi siropu

Tarix: 16 Dekabr 2019 22:54

Soyuq fəsillərdə öskürək, bronxit, traxeit, laringit ən yayılmış pozulmalardandır.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, bu pozulmaları müalicə etmək ucuz və sınanmış təbii vasitə var.

Bu da sovet dövründən tanınan "gülxətmi siropu" (rus dilində "sirop alteya" və ya el arasında "alteyka"). Saglamolun.az bildirir ki, bu siropu indi də apteklərdə asanlıqla tapmaq olur.

Ucuz qiymətə satılan gülxətmi siropu çox yaxşı iltihabəleyhinə təsirə malikdir, bəlğəmi duruldur və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, öskürəyi müalicə edir, boğaz və udlağın iltihablaşmış selikli qişalarını sakitləşdirir, boğazda qaşınma və göynəməni azaldır.


Etiketlər:  Qəpik quruşa şəfa Gülxətmi siropu


RƏYLƏR