Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 23:16
Fransa Daxili İşlər Nazirliyi Yunanıstana qaçqın təzyiqini azaltmaq üçün 400 miqrantı qəbul edəcəyini bildirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin məlumatına əsasən, 2019-cu ildə Yunanıstan Avropa məkanında qaçqınları qəbul edən ölkələr arasında birinci yerdə olub. Hazırda ölkə ərazisində 103 min miqrant var.
Avropa İttifaqında Yunanıstanın ağır vəziyyəti və buraya qaçqın axınının davam etməsi ilə bağlı müzakirələrə baxmayaraq, konkret nəticəyə gəlmək mümkün olmayıb. Ölkə ərazisindəki qaçqın düşərgələrində isə tez-tez iğtişaşlar baş verir, yerli əhalinin narazılığı getdikcə artır.