Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 08:34
Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospekti-Binəqədi şossesində qeydə alınıb.
Yusif Hüseynovun idarə etdiyi "Shacman" markalı yük maşını sola doğru dönərkən "Volkswagen" markalı minik maşını ilə toqquşub. Nəticəsində bir nəfər - minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır.