Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir komanda ilə 6 dəfə oynamaq bezdiricidir'' - Rəşad Sadiqov

''Bir komanda ilə 6 dəfə oynamaq bezdiricidir'' - Rəşad Sadiqov

Tarix: 17 Dekabr 2019 08:40

"Keşlə"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"a 0:1  hesabı ilə məğlub olduqları matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun bizim üçün ağır oldu. Çünki bilirsiniz, "Qarabağ" neçə ildir ki, çempion olur. Şablon söz sayılmasın, yaxşı, oturuşmuş komandadır. Komandamızın əsas çətinliyi süni ot örtüyündən sonra təbii ot örtüyü olan meydançaya çıxması idi.  Özümüz də bunu hiss edirik, 2-ci dəfədir burada oynayırıq. Futbolçuların ayaqlarına və qaçmaqlarına çətinlik yaradır. Bundan əvvəl ancaq təbii ot örtüyündə məşq edirdik - Bakı Olimpia Stadionunda, "Dalğa Arena"da. O  məkanlarda daha rahat olurdu. Amma 3 həftədir ki,  yalnız süni ot örtüyündə məşq edirdik. Bizim öz meydançamız da süni ot örtüyü ilə olduğuna görə həddindən artıq ağır gəlir. Oyun da çox çətin keçdi. Buna baxmayaraq 0:1  hesabı elə də pis sayılmaz. Bundan sonra evdə oynayacayıq. Nə qədər çətin olsa da, mərhələni keçməyə çalışacağıq.

- Cavab oyununda qollu  heç-heçə də rəqibə görə sərfəli nəticə olacaq. Qalib gəlmək üçün nə etmək fikrindəsiniz?

-  Qələbə qazanmaq üçün, təbii ki, ancaq qol vurmaq lazımdır. Heç-heçə  istər qollu olsun, istərsə də qolsuz olsun,  yenə də bizim üçün sərfəli deyil. "Qarabağ"ı  məğlub etməliyik. O da asan olmayacaq. Bunu hamımız bilirik, dərk edirik. "Qarabağ"  da yorğundur, psixoloji vəziyyətləri qənaətbəxş deyil. Çalışacağıq ki, öhdəsindən gələk.

- Mərkəz müdafiəçiləri ilə bağlı problem var. Flores növbəti matçda meydanda ola biləcək,  amma Boyeviç yenə də yoxdur. Bu, sizin üçün nə dərəcədə çətindir?

- Düzdür, oyunçu çatışmazlığımız da var. Komandamıza kömək edəcək ehtiyat oyunçularımız da azdır. Bunu özümüz də bilirik, rəhbərlik də bilir. Qış fasiləsini gözləyirik. Yəqin ki, heyətimiz gücləndiriləcək. Müdafiəçilərin olmamağına gəldikdə isə özünüz də şahidi oldunuz, biri zədələndi, digəri qırmızı vərəqə ilə cəzalandırıldı. 3-cü sırada olmağımızda onların də əziyyəti çox olub.

- Çempionat oyununda "Qarabağ"la yaxşı mübarizə aparmışdınız- 2:2 hesablı heç heçə etmişdiniz. Ən azından motivasiya olaraq sizə təsir edir ki, qol vurub, keçə bilərsiniz?

- Azərbaycan çempionatında hər komanda ilə yaxşı oyun göstərmək mümkün olur. Bunu hər kəs yaxşı bilir ki, "Qarabağ" heyətinə görə bütün rəqiblərindən güclüdür. Sadəcə, motivasiya yaxşı olduqdan sonra oynamaq daha da rahat olur.


Etiketlər:  komanda ilə dəfə oynamaq bezdiricidir Rəşad Sadiqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ