Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda yük maşını dəmir arakəsməyə çırpılıb: ölənlər var - ADLAR

Sumqayıtda yük maşını dəmir arakəsməyə çırpılıb: ölənlər var - ADLAR

Tarix: 17 Dekabr 2019 10:10

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza "Sumqayıt stansiyası" yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, onlar aidiyyəti üzrə təhvil veriliblər.

Sumqayıtda qəzada ölən şəxslərin şəxsiyyəti dəqiqləşib. 

Bunlar 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu (sürücü) və 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğludur (sərnişin).

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sumqayıtda yük maşını dəmir arakəsməyə çırpılıb ölənlər ADLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ