Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 11:39
Bir neçə həftə öncə Əməkdar artist Elnarə Abdullayevanın Xəzər TV-də yayımlanan "5-də 5" axşam şousunda söylədiyi "İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy, dövlətimiz şikəstimizin, imkansızımızın, Qarabağ əlilimizin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə bir yükdür. Bu gün mən qazandığım halda dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!" kəlmələri qalmaqala səbəb olub. Belə ki, bir müddət öncə Əməkdar artist Ruhəngiz Allahverdiyeva mənzil şəraitinin yaxşı olmamasından gileylənib. Daha sonra həmkarının bu mövzuda sərt çıxışı, ona pis təsir edib. Bir sözlə, Ruhəngiz Elnarənin söylədiklərini özünə aid edib və onların arasında inciklik yaşanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Elnarə Abdullayeva Xəzər TV-də yayımlanan "Hər Şey Daxil" verlişinə zəng vuraraq, qalmaqallı məsələyə aydınlıq gətirib:
"Zaur proqramda mənə söylədi ki, bir çox sənətçilər evlərini gizlədirlər, heç kimə göstərmirlər. Mən də cavab olaraq söylədim ki, bu cavan vaxtımda dövlətimə yük olacağamsa, məni Allah öldürsün. Əgər qocalacağamsa, dövlətim mənə baxsın. Söylədiklərimi yaşlı nəslin sənətkarlarına şamil etməmişəm. Məndən də qat-qat cavan sənətçilər var ki, artıq dövlətdən ev alıblar. Deməmişəm ki, evləri cavanlara versinlər. Əslində danışıqlarımla yaşlı nəslin nümayəndələri üçün yol açmışam. Elə danışırlar ki, guya mən şəxsi-qərəzliklə deyirəm ki, sənətkarlara ev verməsinlər. Nə vaxt oldu ki, yaşlı sənət nümayəndələrinə ev verdilər, mən də buna etiraz etdim? Qətiyyən, bu belə deyil. Bu cür danışmaq olmaz".
Aranı sakitləşdirmək üçün verilişin aparıcısı Tarix Əliyev (Tolik) proqramda qonaq olan Əməkdar artist Ruhəngiz Allahverdiyevanın bir neçə həftə öncə fikirlərində yanlışlığa yol verdiyini söyləyərək bu ifadələri səsləndirib:
"Ruhəngiz Allahverdiyeva bu sözləri özünə şamil edib. O mənim verilişimdə ifadələrində yanlışlıqlara yol verib. O söyləmək istəyirdi ki, mənim evim o qədər balacadır ki, dolab qoymağa belə yer yoxdur. Sosial şəbəkə əhli də yazıb ki, sən paltarların üçün ayrıca ev istəyirsən".
Elnarə isə qızışan söhbətə nöqtə qoymaq istəyib: