Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 12:00
Bakı. Elçin Mehdiyev – Trend:
Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
C.Qurbanov bildirib ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb, Türkiyə və Qazaxıstanın şirkətləri ilə bərabər işlər aparılacq.
C.Qurbanov qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb.
Onun sözlərinə görə, Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək:
“Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin