Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 15:24
"Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar vasitə ilə göstərilməsi modelinin tətbiqinə başlamaq istəyirik".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın demək olar ki, bütün bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir:
"Onlara təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".