Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hər dəfə polis saxlayır, yoxlayır...” - Sükanı sağda olan avtomobillərə icazə varmı? - VİDEO - FOTO

“Hər dəfə polis saxlayır, yoxlayır...” - Sükanı sağda olan avtomobillərə icazə varmı? - VİDEO - FOTO

Tarix: 17 Dekabr 2019 16:10

Hazırda dünyanın 35 faiz ölkəsində sükanı sağda olan nəqliyyat vasitələrindən istifadə edilir. Azərbaycanda isə, belə funksiyalı, yəni sükanı sağda olan maşınlara az-az rast gəlirinir.

Milli.Az xəbər verir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Azərbaycanda sağ tərəfli hərəkət olduğundan ölkə ərazisinə gətirilən bütün nəqliyyat vasitələrinin sükanı da buna uyğun seçilir. Uyğun olmadıqda isə sükanın yeri dəyişdirilir

Faiq Həsənov - Sürücü: "2000-ci ildən bu maşın məndədi. Gətirmişəm Bakıya sürürəm. Yollarda heç bir problem yaşamamışam. Yaxşı sürücü üçün heç bir problem yoxdu. Polislər saxlayır, baxır və sərbəst buraxırlar".

Ölkəmizdə bu cür avtomobil sahibləri ya kustar üsulla, ya da zavod və fabrik şəraitində avtomobillərinin sükanlarını dəyişdirirlər. Mütəxəssislər isə deyir ki, kustar üsulla bu dəyişikliyə getmək təhlükəlidir.

Əfqan Əsədov - Mütəxəssis: "Avtomobil ustaya getdiyi zaman bunun istər "qranat" məsələlərində, istərsə də sükan məsələlərində problemlər yaranır. Bunların əsas problemlərindən biri də dönmə bucağının zəifliyidir, qutunun vurması halları belə baş verir".

Ərşad Hüseynov - Ekspert: "1998-ci ildə qəbul olunmuş YHH-da qanunda bu qadağandır. Azərbayacda dövlət qeydiyyatına aldırmaq, dövlət nömrə nişanı qadağandır. Amma zavodlar avtomobili iki variantda buraxırlar və özləri şərait yaradır ki, zavod şəraitində sükanların yerini dəyişdirə bilsinlər".

Sükanı sağda olan nəqliyyat vasitələrinin istidafə edildiyi ölkələr vaxti ilə Britaniya kaloniyası olmuş və Krallığın yol hərəkət qaydalarına uyğunlaşan ölkələrdir. Dünyanın böyük bir qisim ölkələrində isə, hərəkət sağ tərəfli olduğundan sol sükanlı maşınların istismarına izacə verilir.

Ərşad Hüseynov - Ekspert: "Bəzi ölkələr var ki, yalnız sükanı sağda olan maşınlara icazə verilir. Bəzilərində isə, solda olmasına icazə verilir. Elə ölkələr var ki, sağ tərəfli hərəkəti, məsələn Rusiya, orada sükanı sağda olan maşınların da istismarına icazə var".

Amma belə bir praktika da var ki, sükanı sağda olan avtomobillərə xüsusi cihazlar quraşdırılmaqla, sağ hərəkətli ölkələrdə də istifadə edilə bilər.

Milli.Az 


Etiketlər:  Hər dəfə polis saxlayır yoxlayır Sükanı sağda olan avtomobillərə icazə varmı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ