Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrqçiliyə qarşı meymundan istifadə etdilər

İrqçiliyə qarşı meymundan istifadə etdilər

Tarix: 17 Dekabr 2019 16:32

İtaliya Futbol Federasiyasının irqçiliyə qarşı mübarizə üçün başlatdığı kampaniyada meymun şəkillərindən istifadə etməsi narazılığa səbəb olub.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, rəssam Simone Fuqazzottenin hazırladığı və üç meymun şəklindən istifadə olunduğu  "İrçiliyə yox" adlı posterlər  A seriyasının matçlarının oynanıldığı stadionlara asılıb. Rəssam bu şəkillə məqsədinin insanlarla meymun arasında bir fərq olmadığını göstərmək olduğu bildirib: "Hamımız meymundan yaranmışıq. Əslində burada demək istədiyim insanların bərabər olmasıdır".

Ancaq bu, A seriyası klubları tərəfindən müsbət qarşılanmayıb. Onlar irqçiliyə qarşı mübarizədə meymun şəklindən istifadəni düzgün hesab etməyiblər.

"Milan" klubu bununla bağlı yaydığı açıqlamada bildirib: "Sənət güclü ola bilər, ancaq irqçiliyə qarşı mübarizədə meymun şəkillərindən istifadəyə qarşı çıxırıq. Bu məsələdə bizimlə niyə danışılmadığına təəccüblənirik".

"Roma" da bu kampaniyaya eyni münasibət göstərib: "Bu şəkilləri görəndə təəccübləndik. İrqçiliklə  bu cür mübarizə aparılacağını inanmırıq".

 


Etiketlər:  İrqçiliyə qarşı meymundan istifadə etdilər


RƏYLƏR