Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 21:33
Son zamanlar qida rasionumuza yeni daxil olan bir çox meyvə və tərəvəzlər var. Xüsusilə, pəhrizlərin vazkeçilməzi olan avakado, zərdəçal qədər bir çox yeni qidalar daha çox istifadə edilməyə başlanılıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Osman. M 2020-ci ildə hansı məhsulların daha çox yeyiləcəyi haqqında məlumat açıqlayıb. Onun sözlərinə görə, yeni ildə çeşidlilik prinsipi əsas götürüləcək. Yəni ehtiyacınız olan qidaları fəqrli mənbələrdən əldə etməyə çalışacaqsınız.
Bundan əlavə balans prinsipini gözləniləcək. Zülal, karbohidrat və yağ prinsipinə diqqət ediləcək. Bu yenilik və fərqlilikləri isə sosial və elmi dəyişikliklər bəlli edir.
Professorun yeni il üçün proqnozlaşdırdığı qida siyahısını təqdim edirik:
- Bu il ədviyyatlardan sarıkök ən çox seçilənlərdən olub. Lakin növbəti ildə onun yerini zəncəfilin tutacağı bildirilir.
-Apiterapiya ilə müalicə
. 2020-ci ildə bu üsul sağlamlığı qorumaq üçün çox istifadə olunacaq. Belə ki, arı südü, arı poleni və s. infeksiyon xəstəliklər və xərçəngin müalicəsində istifadə edilir.