Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 05:20
Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətinin sahillərində 44 qanunsuz miqrant saxlanılıb.
Trend-in məlumatına görə, onlar Yunanıstanın Midilli adasının ərazisinə qanunsuz daxil olmağa çalışırdılar.
Məlumata əsasən, miqrantlar jandarmeriya əməkdaşları tərəfindən saxlanılıb.
Bunlardan 43 nəfəri Əfqanıstan vətəndaşı, biri Somali vətəndaşıdır. Miqrantlar müvafiq orqanlara təhvil verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin