Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 08:15
"Uşaqlıqdan dəyişməyən bir şey var həyatımda. Hər ilin sonu özümə hesab vermək və növbəti il üçün qarşıya yeni məqsədlər qoymaq. Ona görə hər il həyatım bir öncəkindən daha produktiv və inkişaf dolu olur. İlin əvvəli qarşıma qoyduğum arzuların çoxunu reallaşdırdım!".
Sonxeber.net xəbər verir ki, bu sözləri Amerikada yaşayan azərbaycanlı aparıcı, bloger Günel Hümbətova instaqramda yazıb. O, 2019-cu ilin həyatında qoyduğu izlərdən danışıb:
1. İngilis dilimi daha da inkişaf etdirdim (hələ də etdirməkdəyəm).
2. Mənə əlçatmaz görünən bir neçə şirkətlə, brendlə əməkdaşlıq etdim.
3. Nyu-York fəşn sənayesinin çox önəmli insanları ilə tanış oldum.