Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşçilər tualetdə çox vaxt keçirməsin deyə yeni növ unitaz istehsal olundu - FOTO

İşçilər tualetdə çox vaxt keçirməsin deyə yeni növ unitaz istehsal olundu - FOTO

Tarix: 18 Dekabr 2019 13:56

İngiltərədə şirkətlər işçiləri ayaqyolunda daha az vaxt keçirsinlər deyə yeni növ unitaz sifarişi veriblər.

Milli.Az Sputnik Türkiyə-yə istinadla xəbər verir ki, İngiltərədə, Staffordşir qraflığında yerləşən "StandardToilet" şirkəti bildirib ki, onlarla şirkət yeni növ unitaz sifarişi üçün onlara müraciət edib.

Üzərində "Mahabir Gill" imzası olan bu unitazlar şirkətlər üçün nəzərdə tutulub. Belə ki, bu unitazların üzərində 5 dəqiqədən artıq oturmaq olmur. Çünki unitaz 13 dərəcəlik bucaq altında qurulub və bir neçə dəqiqədən sonra ayaqlarda ağrılar yaradır.

Yeni unitazların qiyməti 150-500 funt-sterlinq arası dəyişir.


Etiketlər:  İşçilər tualetdə çox vaxt keçirməsin deyə yeni növ unitaz istehsal olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ