Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bacısının yataq otağına girən qardaş... - Şamaxıdakı qətlin TƏFƏRRÜATI

Bacısının yataq otağına girən qardaş... - Şamaxıdakı qətlin TƏFƏRRÜATI

Tarix: 18 Dekabr 2019 19:36

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin işinə Ali Məhkəmədə baxılıb.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevə bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanovdan zəng gəlib.

İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etdiyi, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığı, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.

Rəfail bacısı Yasəmənin əri və üç övladı ola-ola əxlaqsızlıq etməsi, yad kişilərlə danışması və görüşməsini aşkara çıxarmaq qərarına gəlib. Apardığı araşdırmalardan həqiqətən bacısının əxlaqsızlıq etdiyini öyrənib.

Rəfail bacısının bu hərəkətlərinin özünü başıaşağı etməsi və nüfuzdan salması qənaətinə gəlib. O, məhkəmə yolu ilə bacısının rəsmi qaydada ərindən boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan evə qeydiyyata düşməsinə kömək edəcəyinə söz verib.

Bu məqsədilə o, 21 yanvar 2017-ci il tarixdə bacısını müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib.

Rəfail Yolçuyev yanvarın 23-də səhər saat 9 radələrində evdə heç kimin olmadığı bir vaxtda bacısı ilə söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olub.

Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə irad bildirib. Yasəmən qardaşına kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirib.

Bundan əsəbiləşən Rəfail Yolçuyev bacısından qisas almaq, onu boğmaqla öldürmək qərarına gəlib.O, çarpayının üzərində oturan Yasəmən Arzuxanovanın boğaz nahiyəsindən basaraq, onu kürəyi üstə çarpayıya uzadıb. Daha sonra bacısının əlindən telefonu alaraq yerə atıb və sonra hər iki əli ilə boğmağa çalışıb.

Yasəmən Arzuxanova hər iki əli ilə qardaşına fiziki müqavimət göstərib. Bunu görən Rəfail şkafın üstündə olan tül-sintetik materialdan hazırlanmış qadın baş yaylığını götürüb və altında çabalayan bacısını üzü üstə çevrib.


Etiketlər:  Bacısının yataq otağına girən qardaş Şamaxıdakı qətlin TƏFƏRRÜATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ