Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verildi

Həkimin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verildi

Tarix: 18 Dekabr 2019 20:06

Tərtər Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Sübhi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a vəkil Əli Hüseynov məlumat verib.

O bildirib ki, hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Abbasovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. 

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.


Etiketlər:  Həkimin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verildi


RƏYLƏR