Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özili oyundan da sildilər

Özili oyundan da sildilər

Tarix: 18 Dekabr 2019 20:14

"Arsenal"ın futbolçusu Məsut Özili Çində "PES 2020 Mobile" oyunundan çıxarıblar.

Qol.az xəbər verir ki, ölkədə seriyanın oyunlarını çıxaran NetEase şirləti  alman yarımmüdafiəçini üç oyundan dərhal silib.

"Alman oyunçu Özil sosial şəbəkələrdə Çin haqqında inanılmaz bəyanat  dərc etdi. Bu danışıq Çin azarkeşlərinin hisslərini zədələdi və idmanda sevgi və sülh ruhunu pozdu. Biz bunu anlamırıq, qəbul etmirik və  bağışlamırıq!" – deyə NetEase bəyanatında bildirib.

Qeyd edək ki, Özilin Şərqi Türküstandakı uyğulara edilən haqsızlıqlara bağlı "İnstaqram" səhifəsində yazdığı fikirlər Çində narazılıqlı qarşılanıb. Çin höküməti ölkədə axtarış sistemlərindən Özilin adını sildirib, sosial şəbəkələrdə isə alman yarımmüdafiəçiyə məxsus səhifələrin görüntülənməməsinə qərar verilib. Bundan başqa, Özilin "M10" adlı fan klubu bloklanıb.

 


Etiketlər:  Özili oyundan sildilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ