Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları...

Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları...

Tarix: 18 Dekabr 2019 20:54

Təxminən iki il əvvəl Tovuz rayonunda ərlə arvadın evdə qətllə yetirilmələri uzun müddət media səhifələrində manşetlərdə qaldı. Onlar AFFA-nın keçmiş baş katibi Ramiz Mirzəyevin bacısı Pakizə və onun əri Fərman Məmmədovlar idi. Hazırda cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev aparır, lakin iş hələ də bağlı qalıb.

Sonxeber.net xəbər verir ki, ailənin oğlu Qoca Məmmədov qafqazinfo-ya müraciət edərək bildirib ki, 2018-ci il fevralın 23-dən 24-nə keçən gecə anası ilə atasının yatdığı yerdə xüsusi amansızlıqla öldürülməsindən 2 ilə yaxın vaxt keçsə də, istintaq səmərəsiz aparılır, hələ də cinayəti törədən ya da bu işdə şübhəli bilinən kimsə tapılmayıb:

"Buna görə 3 dəfə Baş prokuror Zakir Qaralovun, bir dəfə Daxili İşlər naziri Vilayət Eyvazovun, bir dəfə də Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olmuşam. 

Bu işlə bağlı rayonda dindirilməyən adam qalmayıb. Hətta bir nəfər bu işlə bağlı dindiriləndə özünü Tovuz polis şöbəsinin binasının üçüncü mərtəbəsindən atmışdı.

Valideynlərim öldürüləndə anamın yatdığı və öldürüldüyü yerdə, başının altında 3800 manat pul olub, sırğaları güzgünün qarşısında olub, seyf də açıq olub, ona da dəyməyiblər, ikinci mərtəbəyə ümumiyyətlə çıxmayıblar. Evə girən şəxslər heç nə götürməyiblər. Amma istintaq valideynlərimin tamah niyyəti ilə öldürüldükləri maddəsi ilə cinayət işi başladıb. Bu qətli törədən və törədənlər bunu əvvəlcədən planlayıblar və məqsəd məhz atamla anamı öldürmək olub". 

Q.Məmmədov bildirib ki, onlar yaxın qohumlarından şübhələndiklərini bildirsələr də, bu istiqamətdə iş aparılmayıb:

"Bizim şübhələndiyimiz adamlar var, mən hesab edirəm ki, bu qətl ailələr arası münaqişə zəminində baş verib. Şübhələndiyimiz adamlar bizim yaxın qohumlarımızdır, onlarla çoxdan ədavətli olmuşuq. Onların adını istintaqa dəfələrlə versək də, həmin adamlar dindirilmir. Valideynlərim ölmədən əvvəl bir dayımın oğlu Orxan qəzada öldü, bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar qəzaya düşüb öldü.

Anarın yeddisi çıxan günün səhəri anamla atam öldürüldü. Onların ailəsi dayım oğlanlarının ölümündə həmişə anamı günahlandırırdılar, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub".


Etiketlər:  Ramiz Mirzəyevin ailəsindəki ardıcıl faciələrin pərdəarxası məqamları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ