Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 21:10
İşsizlik səviyyəsi artan Litvanın əmək bazarında vəziyyət ürəkaçan deyil.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iqtisadçılar bunun bir sıra amildən asılı olduğunu söyləsələr də, əsas səbəb kimi üçüncü ölkədən gələn miqrant axınını və texnoloji təkmilləşməni qeyd edirlər. İqtisadi təhlilçilər gələcəkdə iqtisadi artımın yavaşlayacağı təqdirdə bu tendensiyaların daha da hiss ediləcəyi və işsizlərin sayının artacağı ilə bağlı xəbərdarlıq ediblər.
Litva statistika idarəsinin rəqəmlərinə əsasən, bu ilin üçüncü rübündə Litvada 1 milyon 378,1 min sakin işləyib ki, bu da ötən ilin müvafiq dövrünə görə 26,8 min nəfər azdır.