Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İsrailin F-35 Adir qırıcıları Suriyada S-400 sistemlərinə qalib gəldi” - FOTO

''İsrailin F-35 Adir qırıcıları Suriyada S-400 sistemlərinə qalib gəldi” -  FOTO

Tarix: 18 Dekabr 2019 22:02

İsrail Hərbi Hava Qüvvələrinin F-35 Adir qırıcıları Suriya, İraq və Livan səmalarında İsrail Müdafiə ordusunun üstünlüyünü təmin edir. ABŞ ordusunun istefada olan generalı Harri Hort belə deyib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş hərbçinin sözlərinə görə, Moskvanın prezident Putinin göstərişi əsasənda Suriyaya göndərdiyi S-300 və S-400 zenit-raket kompleksləri "stels" texnologiyasına əsaslanan bu qırıcıların hərəkətini izləyə bilmir.

S-400 Türkiyə - Rusiya

General qeyd edib ki, həmin texnoloji üstünlük sayəsində son aylarda İsrail HHQ Suriya və İraqda "Hizbullah"ın və İranın İnqilab Keşikçiləri Korpusunun obyektlərinə sistemli zərbələr endirir. İndiyə qədər ABŞ-ın "Lockheed Martin" korporasiyası İsrailə sifariş verdiyi 50 F-35 qırıcısından 20-ni çatdırıb.


Etiketlər:  İsrailin Adir qırıcıları Suriyada sistemlərinə qalib gəldi FOTO


RƏYLƏR