Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Improtex Motors'' şirkəti tam yeni BMW X6 avtomobilni təqdim etdi

''Improtex Motors'' şirkəti tam yeni BMW X6 avtomobilni təqdim etdi

Tarix: 19 Dekabr 2019 12:16

18 Dekabr 2019-cu il tarixində "Improtex Motors" şirkəti Əbdülkərim Əlizadə küçəsəsi, 5 ünvanında yeni açılmış "Improtex Motors Exclusive" satış-sərgi salonunda yeni BMW X6 modelini təqdim etdi. Bu, artıq avtomobil seqmentinin banisi olan kult idman SAC-nın (Sports Activity Coupe) üçüncü nəslidir. Onun sələfi kimi, yeni BMW X6 ABŞ-ın Spartanberq şəhərində BMW Group zavodunda istehsal olunacaq.

Təqdimat zamanı "Improtex Motors" şirkətinin Baş Direktoru Bayram Yaqubov qonaqları salamladı və yeni BMW modeli haqqında dedi: "Tam yeni X6 ekstremal dərəcədə idman üslubunda hazırlanmış ban, maksimal eksklüzivlik və yeni BMW Iconic Glow radiator qəfəsində əks olunan fantastik texnologiyalardan ibarətdir".

Yeni BMW X6 istehsal başlanandan etibarən dörd variantda təqdim olunacaq:

• BMW X6 M50i (530 at gücü, 750 N·m, sürətlənmə 4,3 saniyədə 0-100 km / saat),

• BMW X6 xDrive40i (340 at gücü, 450 N·m, sürətlənmə 5,5 saniyədə 0-100 km / saat),

• BMW X6 M50d (400 at gücü, 760 N·m, sürətlənmə 5,2 saniyədə 0-100 km / saat),

• BMW X6 xDrive30d (249 at gücü, 620 N·m, sürətlənmə 6,5 saniyədə 0-100 km / saat).

Əvvəlki sələfi ilə müqayisədə avtomobilin ölçüləri bir qədər dəyişdi: uzunluğu 26 mm (4 935 mm) və eni 15 mm (2 004 mm) artdı, təkər bazası 24 mm (2 975 mm-ə qədər) uzadıldı. Yük yerinin həcmi dəyişməyib (580 litr), ancaq 40:20:40 nisbətində qatlanan arxa oturacaq sayəsində yük yerinin istifadə imkanları daha da artdı.

Yeni BMW X6 radiator barmaqlığının "BMW Iconic Glow" işıqlandırılmasına malik olan markanın bütün avtomobilləri arasında birincidir. Avtomobilin kilidinin açılması zamanı barmaqlığın daxili hissəsi həlim ağ rəngdə işıqlandırılacaq, bundan əlavə, sürücü hətta avtomobili hərəkət edərkən belə barmaqlıq işığını aktivləşdirə bilər.


Etiketlər:  Improtex Motors şirkəti yeni avtomobilni təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ