Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu - VİDEO - FOTO

UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu - VİDEO - FOTO

Tarix: 19 Dekabr 2019 14:50

"UFC 24" turnirində Kamaru Usmanla döyüşdən sonra qarışıq döyüş sənətləri (MMA) üzrə amerikalı döyüşçü Kolbi Kovinqtonun sınan çənəsinin rentgen fotosu sosial şəbəkə istifadəçilərini qorxudub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fotonu "The Sun" yayımlayıb.

Kovinqton mübarizənin son iki raundunu sınmış çənə ilə keçirib. Beşinci raundda hakim mübarizəni dayandırıb və texniki nokautla qələbəni Usmana verib.

Rentgen şəklində amerikalının üzünün sol tərəfində böyük bir çat görmək mümkündür.

Fotodakı çatlar pərəstişkarları təəccübləndirib. "Sadəcə dəhşətli görüntüdür", "Deyəsən, çənəsini üç yerdən qırıb", "Usman, əlbəttə ki, onun çənəsini qəddarcasına sındırıb", - deyə istifadəçilər yazıb.


Etiketlər:  UFC döyüşçüsünün sınmış çənəsinin rentgen görüntüsü fanatları qorxutdu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ