Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burun tutulmasından əziyyət çəkirsinizsə...

Burun tutulmasından əziyyət çəkirsinizsə...

Tarix: 19 Dekabr 2019 15:21

Bakı. Trend:

Burun tutulması hər birinin həyatını məhv edə biləcək bir vəziyyətdir. Uzunmüddətli burun tutulması baş ağrılarına, gecə xorultusuna, yuxusuzluğa, arterial təzyiqin dəyişikliklərinə, frontitə, sinusitə, həmçinin apnoeyə (gecə tənəffüsünün dayanması) gətirib çıxara bilər.

Eyni zamanda bir sıra hallarda infarktların, insultların və erkən ölümün səbəbi olur. Bu fonda maddələr mübadiləsi pozulur, yağların toplanması nəticəsində çəki artıqlığı meydana gəlir. Burun tutlmasından ən çox körpələr və uşaqlar əziyyət çəkir. Belə ki, 6 ayından 2-2.5 yaşınadək uşaqlarda süd dişlərinin çıxması burun tənəffüsünün təbii olaraq çətinliyinə gətirib çıxarır. Onlara əmzikdən istifadə və ya döşü əmmək çətin olur, çıxara bilmədikləri selik isə qırtlaq və udlaqda toplanaraq öskürək, qaytarma, tez-tez isə orta otitə (orta qulağın iltihabı) və prosesin bronxlara da yayılmasına səbəb olur. Burun tutulmasını allergik rinitdən fərqləndirmək lazımdır. Sonuncu insanın allergenlərin yüksək konsentrasiyası toplanan sahəyə düşdükdə əmələ gəlir. Digər hallarda isə burun tutulmalarının səbəbi burun-udlaqda olan patoloji proseslərdir. Tez-tez bu halları bakterial və virus infeksiyaları (KRVİ, qrip, qızılca, angina, difteriya, skarlatina) provokasiya edir.

Xroniki burun tutulmalarının isə başqa səbəbləri var. Bu birincili olaraq burun çəpərinin əyilməsidir. İkinci ən əsas səbəb isə anadangəlmə burun balıqqulaqlarının zəif tonusudur ki, bu halda qan onlara çox aktiv şəkildə axır, ödem yaradır.

Uşaqlarda burun tutulmalarının ən yaxşı profilaktikası temperatur və nəmliyin stabil saxlanılmasıdır. Otaq temperaturu 18-23°С-dən yüksək olmamalıdır. İstənilən halda burun tutulmalarının meydana gəlməsi həkimə müraciət və müalicənin başlanması üçün əsas səbəbdir. Xəstəliyi özbaşına buraxmaq olmaz. Həkim tərəfindən təyin olunan ilk prosedur - burun boşluğunun təmizlənməsidir ki, bu məqsədlə uşaqlara mütləq düzgün fınxırmağı öyrətmək lazımdır.

Necə düzgün fınxırmalı? Ilk baxışdan çətin heç nə yoxdur. Burnu dəsmal ilə örtmək və nəfəs vermək lazımdır! Lakin düzğün olmayan fınxırma vəziyyəti pisləşdirə bilər. Hər 2 burun dəliyindən birdən fınxırmaq lazım deyil. Bu kəskin otitin əmələ gəlmə riskini artırır, belə ki, bu halda burun boşluğunda yüksək təzyiq əmələ gəlir və infeksiya qulağa yayıla bilər. Bunun qarşısını almaq üçün güc vermədən fınxırmaq və hər burun dəliyini ayrı ayrılıqda ağızı yüngülcə açaraq təmizləmək lazımdır. Həmçinin burnu çəkmək də məsləhət deyildir - infeksiya daxilə, daha dərinə doğru gedə bilər. Ancaq quru, birdəfəlik dəsmallardan istifadə etmək lazımdır. Burun dəsmalının yaş möhtəviyyatı virus və bakteriyaların çoxalması üçün ideal mühitdir.

Körpələrin burnunu mayeni soran xüsusi aspirator vasitəsilə təmizləyir, burun keçidlərini yuyurlar. Yumaq üçün nəinki fizioloji məhlul, həmçinin dərman məhlulları, duzlu məhlulllar, otlardan dəmləmələrdən, dəniz suyu qarışığından istifadə edilir. İsti, ödemi azaltmağa və bərpa prosesini sürətləndirməyə kömək edir. Lakin bu üsul irinli rinitlər zamanı əks göstərişdir, buna görə də onun istifadəsi zamanı mütləq həkimlə məsləhətləşin. Fizioterapiyaya - diatermiya, UYT–terapiya, UB–şüalandırma, nebulayzer vasitəsilə inhalyasiya daxildir.

Dərman vasitələrinin qəbulu. Burun tutulmalarına qarşı müxtəlif vasitələr vardır: damcı, sprey və hətta tabletlər. Bu vasitələr səbəbi (antiallerik, virusəleyhinə, antibakterial) və simptomları (dəniz suyu əsasında damardaraldıcı və ya yumşaldıcı və ödeməleyhinə) aradan qaldıran qruplarına bölünürlər. Bir qayda olaraq onları kompleks terapiyada təyin edirlər.

Damcı və spreylər yerli olaraq selikli qişaya təsir göstərir. Spreylərin istifadəsi daha rahatdır, belə ki, uzanmaq və ya başı arxaya atmaq lazim deyil, istənilən vəziyyətdə istifadə etmək olar. Dərman vasitəsi başlıqla püskürdülərək selikli qişaya həmcins paylanır. Uşaqlar üçün daha çox damcı forması məsləhət görülür, belə ki, püskürdülmə uşağı qorxuda bilər və psixoloji olaraq damcılatma ilə uşaq daha rahat razılaşır. Zökəm zamanı damardaraldıcı effektə malik damcı və spreyər “burada və indi” prinsipinə uyğun tez effekt göstərən vasitələrdir. Əgər burundan axan selik qatılaşıb və sarı, yaşıl rəng alıbsa deməli, selikli qişada bakteriyalar çoxalmağa başlayıb və həkim məsləhəti ilə antibakterial təsirli damcılardan istifadə uyğundur; əgər burun tutulması allergiya ilə bağlıdırsa eyni zamanda tez və dayanıqlı effekti allergik reaksiyaları blokada edən preparatlar verəcəkdir; viruslu infeksiyalar zamanı yerli immuniteti yüksəldən preparatlardan istifadə məsləhətdir, nəticə etibarı ilə immun sistemi virusla daha aktiv mübarizə aparmağa başlayacaqdır. Kombinə olunmuş vasitələr eyni zamanda bir neçə problemi həll edir. Məsələn, damarları daraldaraq nəfəsalmanı yaxşılaşdırır, allergiya ilə mübarizə aparır, qatı seliyi durulaşdıraraq burun boşluğundan xaric olmasını asanlaşdırır, ödemi aradan qaldırır. Dəniz suyu tərkibli preparatlar isə həm müalicə, həm də profilaktika məqsədilə zökəm zamanı burun boşluğunun yuyulması üçün istifadə olunur. Hipertonik məhlul ödemi və ifrazatı aradan qaldırır, izotonik isə burun boşluğu gigiyenası üçün istifadə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.

Çatdırılma ÖDƏNİŞSİZDİR.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Burun tutulmasından əziyyət çəkirsinizsə... Burun tutulmasından əziyyət çəkirsinizsə... Burun tutulmasından əziyyət çəkirsinizsə... Burun tutulmasından əziyyət çəkirsinizsə... Burun tutulmasından əziyyət çəkirsinizsə... Burun tutulmasından əziyyət çəkirsinizsə...


Etiketlər:  Burun tutulmasından əziyyət çəkirsinizsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ