Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Heç kimə borcumuz yoxdur” – “Qəbələ”nin prezidenti

“Heç kimə borcumuz yoxdur” – “Qəbələ”nin prezidenti

Tarix: 19 Dekabr 2019 15:46

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov klubun hazırkı maddi durumu ilə bağlı açıqlama verib.

Qol.az-ın xəbərinə görə, yeni sponsorla əməkdaşlıqla əlaqədar bu gün təşkil olunan mətbuat konfransında o bildirib ki, klubun heç kimə maddi borcu yoxdur.

O həmçinin "Qəbələ" Futbol Akademiyasının binasının satışa çıxarılması ilə bağlı xəbərləri təkzib edib.

Fariz Nəcəfov deyib ki, akademiyanın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirlər: “Ancaq məqsəd yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Juniçlə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq”.

 


Etiketlər:  Heç kimə borcumuz yoxdur Qəbələnin prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ