Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 17:25
Əməkdar artist Ehtiram Hüseynovun ötən gün Heydər Əliyev Sarayında keçirilən "Qəfil gün doğsa bir gecə" adlı konsertdə səhhətində problem olması tamaşaçıların diqqətindən qaçmayıb. İfaçı yeriməkdə çətinlik çəkib və mahnıları oturuqlu səsləndirib.
Sonxeber.net xəbər verir ki, xanəndənin meneceri Nicat Axşam.az-a açıqlamasında Ehtiramın konsertdən bir neçə gün əvvəl ayağını zədələdiyini deyib:
"Ayağı burxulmuşdu və ağrıyırdı. Çox gəzə bilmirdi, ona görə də oturuqlu oxuyurdu. Həm də soyuqlayıb. Hazırda özünü yaxşı hiss edir".