Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taksi xidmətləri üzrə innovativ həllər özünü nə qədər doğrultdu?

Taksi xidmətləri üzrə innovativ həllər özünü nə qədər doğrultdu?

Tarix: 19 Dekabr 2019 23:52

Taksi xidməti üzrə proqram tətbiqinin yaradılması bu sahədə yeni standartlar müəyyənləşdirdi: əvvəllər kiçik və orta sahibkarlıq subyekti hesab olunan bu nəqliyyat xidməti üzrə şirkətlər dünya bazarlarına daxil olmaqla qlobal xarakter daşımağa başladı. Taksi xidməti göstərən əksər sürücülər isə daha aşağı qiymətə daha çox sərnişinə xidmət göstərməklə bu innovativ tətbiqin əsas qüvvəsinə çevrildilər. Doğrudur, zaman-zaman sürücülər sərnişindaşıma qiymətlərinin aşağı olmasından narazılıqlarını da dilə gətirirlər. Ancaq hazırda yeni reallıq bazar iqtisadiyyatında öz şərtlərini diqtə edir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yüksək texnologiyaların inkişafı sayəsində sərnişinlərin onlayn və oflayn sifarişləri üzrə konkret ünvandan-ünvana nəqliyyat xidmətinin göstərilməsi bu sahənin əhatə dairəsini xeyli genişləndirdi.

Həmin Taksi xidmətlərindən biri də dünya bazarında özünə xüsusi yer alan "Uber" şirkətidir. Lakin son dövrlər ayrı-ayrı dövlətlərin tətbiq etdiyi bir sıra məhdudiyyətlər qlobal şirkətlərin, o cümlədən "Uber"in yerli, lokal şirkətlərlə rəqabətinə mənfi təsir etdi.

Buna baxmayaraq, "Uber" səhmdarları təmkinlə yatırdıqları investisiyalardan gəlir gözləyirlər. Hərçənd şirkətin son hesabatına əsasən gözləmə müddəti bir qədər də uzana bilər.

"İstifadəçiləri bilavasitə xidmət təminatçılarına bağlayan texnologiya vaxtilə şirkətə böyük üstünlük verirdi", - deyə "Nəzarətsiz səyahətə: "Uber"in dünya hökmranlığı axtarışına daxildən baxış" ("Wild Ride: Inside Uber's Quest for World Domination") kitabının müəllifi Adam Leşinski bildirib.

BBC-yə danışan A.Leşinski hesab edir ki, artıq belə bir üstünlük mövcud deyil: "Vaxt keçdikcə bu texnologiya - "Uber"in üstünlüyünü zəiflədən taksi şirkətləri də daxil olmaqla hamı üçün əlçatan oldu".

O bildirib ki, hazırda "Uber"in gücü, bəlkə də, miqyası və istifadəsinin asan olmasındadır: "Lakin burada zəif bir cəhət də var: "Uber" və onun "Lyft" kimi rəqiblərinin böyüməsinə zəmin yaradan formula, ucuz tariflərin subsidiyalarla təmin olunmasına əsaslanır".

A.Leşinski hesab edir ki, bu qəbildən olan şirkətlərin davamlı fəaliyyəti üçün belə iş qaydalarına son qoyulmalıdır: "Lakin bu, qiymət artımına və ola bilsin ki, müştəri bazasına da mənfi təsir göstərə bilər".

"Uber" ödənişlər və sürücülərin əmək hüquqları ilə bağlı sorğu-sualla da üzləşir.

Şirkət əmək məsrəflərini artırarsa, bu, onun qazanc əhatəsini də daraltmış olacaq.


Etiketlər:  Taksi xidmətləri üzrə innovativ həllər özünü qədər doğrultdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ