Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şahdəniz''dən indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib

''Şahdəniz''dən indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib

Tarix: 20 Dekabr 2019 15:04

Bakı. Elçin Mehdiyev - Trend:

"Şahdəniz" qaz-kondensat yatağından indiyədək 112 mlrd. kubmetr qaz hasil edilib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O həmçinin bildirib ki, "Azəri-Çıraq-Günəçli" (AÇG) yatağından dövlətin əldə etdiyi birbaşa gəliri 140 mlrd. dollardan artıqdır.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şahdənizdən indiyədək mlrd kubmetr hasil edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ