Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 20:54
Texasda qəzaya uğrayan yük təyyarəsinin pilotlarının son sözlərinin stenoqramı yayılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt "Boeing 767" təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.
Belə məlum olur ki, Mayamidən çıxan "Amazon"a aid təyyarədə hər şey son anda pisləşib.
Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.
"Hanı mənim sürətim?", - deyə o yüksək səslə soruşur.
"Biz dayanmışıq", - deyə o biri pilot da yüksək səslə cavab verir.
Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.
Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir: