Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabina” endirimə vaxtı keçmiş məhsul qoydu - FOTO

“Sabina” endirimə vaxtı keçmiş məhsul qoydu -  FOTO

Tarix: 20 Dekabr 2019 21:00

"Anam dünən "Sabina Perfumery&Cosmetics"in Metropark Ticarət Mərkəzində yerləşən mağazasından üz qulluğu üçün krem alıb. Orta yaşlı qadındır, özü baxa bilməyib, satıcıdan istehsal tarixini soruşub, "hələ vaxtı var" deyiblər. Ancaq evdə baxıram ki, istifadə müddəti avqust ayında bitib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müştəri Fidan Nuriyeva sosial şəbəkədə yazıb. Şikayətçi bildirib ki, vaxtı keçmiş məhsul 50% endirimlə satışa qoyulub:

"Üz qulluğunda belə şeylərə necə yol vermək olar? Ümumiyyətlə, heç bir şeydə bu, yolverilməzdir. Ancaq kosmetika və qida məhsullarında buna xüsusi diqqət etmək lazımdır. Biz evdə istifadə müddətinə baxmasaq, zərərə görə məsuliyyət daşıyacaqlar? Həm də üzərində 50% endirim qeyd olunsa da, kassada 40% hesablanıb. Bu da istehlakçını aldatmaqdır".

"Sabina Perfumery&Cosmetics" şirkətinin brend meneceri Nuriyə Abdullayeva məsələylə bağlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, artıq hadisə barədə məlumatlıdırlar və müştəri mağazaya dəvət olunub:


Etiketlər:  Sabina endirimə vaxtı keçmiş məhsul qoydu FOTO


RƏYLƏR