Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 14:16
Bakı. Trend:
Bakıda Rusiyaya məxsus, Hindistanın Qoa adasından Moskvaya hərəkət edən təyyarə təcili eniş edib.
Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunub ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib:
“Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib. Bütün sərnişinlər hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşdirilib, onlara qida və içki təqdim olunub. Bizdə olan məlumata görə, onların ardınca digər təyyarə gələcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin