Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 16:05
ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı müğənni, meyxanaçı Samirə Yusifqızı olub.
Sonxeber.net bildirir ki, müğənni, xalq artisti Miri Yusiflə bağlı maraqlı açıqlama verib:
"Mən şəxsən özüm Miri Yusifə zəng etdim. Onu yarım saat istəyirdilər. Qiymət 6500 dedi və birinci restoranın adını və ünvanı soruşdu. Dedim nə fərqi var? Dedi fərqi çoxdur, aşağı səviyyəli restorana getmirik".
Samirə Yusifqızı özünü üstün tutan müğənnilərə ismarıc göndərib:
"Heç kim, heç kimdən aşağı və yuxarı deyil. Hərə öz sahəsinin mütəxəssisidir. Sadəcə olaraq, bizim incəsənətimizdə insanları aşağı, orta və yuxarı kateqoriyalara bölüblər. Mən heç kimdən qorxmuram və çəkinmirəm. Sözü üzə deyənəm. Bu qudurğanlıqdır. O qədər pulu aparıb, müğənniyə 15-20 min pul verməkdənsə 3-5 min verib bir kasıbın əlindən tutmaq olmazmı? Həmin o 15 min alan müğənnilər hansı yetimə əl tutublar?"