Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 16:28
Daşkənddə Beynəlxalq multimodal marşrutun inkişafı müzakirə olunub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən Sonxeber.net-a verilən məlumata görə, Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq multimodal marşrutun inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub.
Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Multimodal marşrut üzrə pilot tranzit konteyner qatarının 2020-ci ilin ilk rübündə buraxılması nəzərdə tutulub.
Dəhlizin əhəmiyyətindən danışan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov onun iştirakçı ölkələrə fayda gətirəcəyini bildirib.