Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlərə görə müasir insanın “təbii ömrü” 38 ildir

Alimlərə görə müasir insanın “təbii ömrü” 38 ildir

Tarix: 21 Dekabr 2019 19:36

DNT testlərinə əsaslanan yeni bir metoddan istifadə edən Avstraliya alimləri, insan ömrünün 38 ilə yaxın olduğu qənaətinə gəliblər.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, "Modern insan" deyə xarakterizə edilən "homo sapiens"in də daxil olduğu insan növünün təbii şəraitdə həyat müddətinin 38 il olduğunu göstərən araşdırmanın nəticələri Scientific Reports jurnalında nəşr olunub.

Xəbərə görə, araşdırmaçılar fərqli növlərin ömrünü təxmin etmək üçün DNT analizi üzərinə inkişaf etdirdikləri yeni bir metod sayəsində bu nəticələrə çatıblar.

200-dən çox növün genlərindəki məlumatların təhlil edildiyi araşdırmadan götürülən nəticələr, mütəxəssisləri təəccübləndirib, çünki insanın "təbii" ömrünün müddəti, orta statistik yaşa görə demək olar 2 dəfə aşağı çıxıb.


Etiketlər:  Alimlərə görə müasir insanın təbii ömrü ildir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ