Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kənandan “Vicdan haqqı”nın Larisasına ismarıc: ''Kimin ürəyi necə istəyir, elə öpüşsün''

Kənandan “Vicdan haqqı”nın Larisasına ismarıc: ''Kimin ürəyi necə istəyir, elə öpüşsün''

Tarix: 22 Dekabr 2019 12:10

Heç mən bilməmişəm ki, o öpüş məsələsini gözəl aktrisamız Çimnaz Sultanova deyib. Çimnaz xanımla mənim çox gözəl münasibətim var. Aramızda heç vaxt söz-söhbət olmayıb.

Milli.Az xəbər verir ki, bu sözləri məşhur rejissor və aktyor Kənan Mahmudov oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.

Aktrisa Çimnaz Sultanovanın "Azərbaycanda öpüş səhnələrini çəkə biləcək rejissor yoxdur" fikrinə K.Mahmudov bu cür münasibət bildirib:

"Yenə də təkrar edirəm, mən bu yaşdan sonra heç kimə öpüşməyi öyrədəsi deyiləm. Mənim əskim tüstülüdür, güclə canımı qutarmışam. Kimin ürəyi necə istəyirsə, elə də, öpüşsün" (gülür).
Məşhur daha sonra "İnstagram"da baş verənlərə, haqqında yazılan xəbərlərə etiraz etdi:

"İnstagram"da 50-dən çox xəbər səhifəsini yazdıqları iyrənc başlıqlara görə qara siyahıya atmışam. Həmin xəbər başlıqlarını oxuyanda özümdən aslı olmayaraq əsəbləşirəm. Başlıqla xəbərin içindəki üst-üstə düşmür, heç aidiyyatı belə olmur.

Keçən dəfə görürəm ki, haqqımda xəbər paylaşılıb. Başlığa isə yazıblar "Kənanı heç yerdə belə görməmisiniz". Maraqlı gəldi, girdim uşaqlıq şəkillərimə baxdım (gülür). Artıq mən o etapı keçmişəm. Tək mənim üsyanımla bu kimi məsələlər düzəlmir".

Türkiyədə reytinqləri alt-üst edən "Savaşçı" serialında Bəxtiyar obrazını canlandıran Kənan M.M bundan sonra qardaş ölkədə seriallarda deyil, yalnız filmlərdə rol alacağını deyib, həm rejissorluq, həm də aktyorluq karyerasını Azərbaycanda davam etdirəcəyini diqqətə çatdırdı:
"Türkiyədə yalnız filmlərdə oynayacam. Seriallara çəkilməyəcəm. Çünki seriala çəkilmək həm çox zaman alır, həm də insan həddindən artıq yorulur. Türkiyədə "Ən çətin şərtlərdə lentə alınan serial hansıdır?" sualı ilə sorğu keçirilib. Səs çoxluğu ilə "Savaşçı" serialının adı çəkilib.


Etiketlər:  Kənandan Vicdan haqqının Larisasına ismarıc Kimin ürəyi necə istəyir elə öpüşsün


RƏYLƏR