Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 16:00
Sonxeber.net "Zirə"nin yeni transferi Ağabala Ramazanovun apasport.az saytına müsahibəsini təqdim edir.
- Fasilə yaranan kimi, "Səbail"i "Zirə"yə dəyişdiz. Keçidiniz necə alındı?
- Seçim etməkdə elə də çətinlik çəkmədim. Çünki hər şeyin ciddiliyini hiss etdim və qərarımı da asanlıqla verdim. "Zirə"ni seçdiyimə görə şadam.
- Transferinizdə maliyyə nə dərəcədə rol oynadı? "Zirə"nin sərfəli müqaviləsini, yoxsa avrokuboklara iddia etməsini əsas götürdüz?
- Hər mövsüm olduğu kimi bu mövsümdə də "Zirə" iddialıdır. Bu komandaya keçidim də məhz bununla bağlıdır. Yeni klubuma kömək etmək üçün əlimdən gələni edəcəm. Mövsümün sonunda yenidən avrokuboklarda oynamaq istəyirəm. İnanıram ki, bu baş verəcək.
- "Səbail"də qalmağınızda hansısa problem vardı? Yaxud hər hansı problem səbəbindən bu addımı atdız?
- "Səbail" mənim üçün artıq doğmalaşan klubdur. Çünki mehriban kollektivimiz, mehriban məşqçilər korpusumuz var idi. Ötən mövsümki uğurlarımız da buna nümunədir. Ancaq bu mövsümki strategiyamız başqa cür oldu. Ona görə də komandadan ayrılmaq qərarına gəldim. Lakin hazırda mənim "Səbail"dən ayrılmağımın səbəbi sırf gələcək karyeram üçün atılan addımdır. Onlarla mehribancasına, dostcasına vidalaşmışam. Çünki hörmət etdiyim baş məşqçimiz Aftandil Hacıyevdən halallıq almışam.
- Bir ara "Keşlə"yə keçə biləcəyiniz deyilirdi. Hətta bu klubun 200 min manatlıq təklifindən imtina etdiyiniz də söylənilirdi. Oraya qayıtmaq istəməməyiniz nə ilə bağlıdır?
- "Keşlə"? 200 min? Belə söhbətlər ümumiyyətlə yox idi. Mən bu xəbərləri ancaq mətbuatdan oxuyurdum.
- "Səbail"in vəziyyəti heç də yaxşı deyil. Necə düşünürsüz, bu komandanın durumu necə olacaq? Demək olar ki, canınızı oradan qurtardız?
- Yox, "Səbail"dən canımı qurtardım, deməzdim. Bu düzgün deyil. Orada mənim komanda yoldaşlarım var. Hamısına da uğurlar arzu edirəm. İnanıram ki, "Səbail" yenidən iddialı olar.