Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 19:20
Son vaxtlarda tez-tez baş məşqçisini dəyişməklə diqqət çəkən İtaliyanın "Cenoa" klubu Tiaqu Mottanı istefaya göndərir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "İnter"ə dünənki 0:4 hesablı məğlubiyyətdən sonra autsayderin prezidenti Enriko Pretsiozi çalışdırıcını işindən azad etməyə qərar verib.
Yaxın müddətdə baş məşqçinin istefası rəsmiləşəcək. Artıq bu posta gələcək yeni mütəxəssis də bəllidir.
Genuya təmsilçisi Dieqo Lopesə tapşırılacaq. "Kalyari", "Palermo" və "Bolonya"da çalışmış 45 yaşlı mütəxəssisin son iş yeri Uruqvay "Penyarol"u olub.