Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 19:36
Rusiya Ədliyyə Nazirliyi vətəndaşlardan borc toplamaq üçün kollektor robotlarının istifadəsini qanuniləşdirməyi təklif edib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə normativ hüquqi aktlar saytında dərc olunan qanun layihəsində deyilir.
Sənəddə bir sıra məhdudiyyətlər də mövcuddur. Robot gündə bir dəfədən çox, təqvim həftəsində iki dəfədən çox, təqvim ayı ərzində səkkiz dəfədən çox olmayaraq istifadə edilə bilər.
Dekabrın 5-də Dövlət Duması qeyri-qanuni kollektorluq fəaliyyətlərinin kriminallaşdırılmasını təklif edib. Aşağı palatanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavini Aleksandr Xinşteyn bu qərara parlamentin əvvəllər qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərə məhəl qoymayan kollektorlara qarşı vətəndaşların kütləvi şikayətlərinin səbəb olduğunu bildirib.