Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 08:10
Bakı. Elçin Mehdiyev – Trend:
Artıq seçkilərə start verildi və seçki məntəqələri vətəndaşların səsverməsi üçün açıqdır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, seçicilərin sərbəst şəkildə səsverməsi və seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. M.Pənahov vurğulayıb ki, seçkinin nəticələri barədə gün ərzində ictimaiyyətə məlumat veriləcək.
O qeyd edib ki, 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da seçkilər haqqında məlumat veriləcək: “Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram. Səsvermə prosesi saat 19.00-da başa çatacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin