Tarix: 23 Dekabr 2019 10:06
Portuqaliya liqa kubokunda qrup mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” öz meydanında qrup lideri “Braqa” ilə qarşılaşıb. Oyun qonaqarın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Braqa” qrup lideri kimi yarımfinala yüksəlib. “Pasuş de Ferreyra” isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.