Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 18:20
İranın bir neçə vilayətində hava çirkliliyi səbəbi ilə məktəblərin fəaliyyəti dayandırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hava çirkliliyi səbəbi ilə İranın Tehran vilayətinin Dəmavənd və Firuzkuh rayonları istisna olmaqla bütün məktəbləri 26 dekabra qədər fəaliyyətini dayandırıb.
İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İsfahan, Mərkəzi, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Xuzistan və digər vilayətlərində bir çox məktəblər və bir sıra universitetlər hava çirkliliyinə görə fəaliyyətini dayandırıb.
Ölkənin Səhiyyə Nazirliyi bütün vətəndaşlara, xüsusilə də ürək-damar xəstələrinə, yaşlılara, hamilə qadınlara və uşaqlara uzun müddətə mənzildən çıxmamağı məsləhət görüb.