Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 11:00
"Qarabağ"ın futbolçusu Riçard Almeyda bu qış Ağdam klubunu tərk edəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə millimizin üzvü sports.kz-ya müsahibəsində deyib: ""Qarabağ"dan ayrılıram".
O, müqavilə ilə məxsus olduğu "Astana"ya qayıdıb-qayıtmayacağı bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".
30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".