Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan Almeyda açıqlaması: “Maaşının artırılmasını istədi”

“Qarabağ”dan Almeyda açıqlaması: “Maaşının artırılmasını istədi”

Tarix: 24 Dekabr 2019 14:02

"Qarabağ" Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, klubun direktoru Əmrah Çelikel qol.az saytına bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər: "Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gözləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib".

Klub rəsmisi Almeydanın "Qarabağ"dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: "Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib".


Etiketlər:  Qarabağdan Almeyda açıqlaması Maaşının artırılmasını istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ