Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' azarkeşləri məndən qorxur'' - Ançelotti

''Liverpul'' azarkeşləri məndən qorxur'' - Ançelotti

Tarix: 24 Dekabr 2019 15:04

"Everton"un baş məşqçisi Karlo Ançelotti İngiltərə kubokunun üçüncü mərhələsində "Liverpul"la oyun öncəsi azarkeşlər haqda danışıb.

Qol.az-ın "The Mirror"a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis "Liverpul" azarkeşlərinin ondan qorxduğunu deyib: "Mən bu günlərdə Liverpul şəhərində idim və azarkeşlələ görüşdüm. Düşünürəm ki, "Liverpul" azarkeşləri məndən qorxurlar və məni görəndə narahat olurlar. Çünki "Liverpul"u dəfələrlə məğlub etmişəm".

Qeyd edək ki, Ançelotti bu mövsüm "Napoli" ilə Çempionla Liqasının qrup mərhələsində Yürgen Kloppun komandasına ilk matçda qalib gəlib, ikinci görüşdə bərabərə qalıb.

Xatırladaq ki, "Liverpul" - "Everton" görüşü yanvarın 5-i keçiriləcək.

 


Etiketlər:  Liverpul azarkeşləri məndən qorxur Ançelotti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ