Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 20:04
"Mançester Siti"nin müdafiəçisi Benjamin Mendi Premyer Liqanın son turunda "Lester"ə qalib gəldikləri (3:1) oyundan sonra maraqlı addımı ilə diqqəti cəlb edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fransalı futbolçu jurnalistlər önünə başında yaylıqla çıxıb.
O, bu geyimi ilə bağlı "RMC Sport"a qısa açıqlamasında deyib: "Mən evdə tez-tez yaylıq bağlayıram. Bu gün yaylığı özümlə götürmüşdüm".
Qeyd edək ki, bu cür baş örtüyü artıq bir trendə çevrilib. İlk olaraq məşhur reper Rakim Mayers yaylıqla səhnəyə çıxıb.