Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikada Milad - Ənənələr

Amerikada Milad - Ənənələr

Tarix: 24 Dekabr 2019 21:52

Amerikada Milad özündə bir çox millətlərin ənənələrini birləşdirərək tədircən milli bayrama çevrilib. Əvvəllər qeyri-rəsmi olan bu bayramı insanlar indikindən fərqli şəkildə qeyd edirdilər. Xristianlar bunun İsa Məsihin dünyaya gəldiyi gün olduğu üçün qeyd edir, bəziləri yeyib-içməklə qeyd edir, digərləri isə ümumiyyətlə qeyd etmirdi.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bunu Amerika yazıçısı Vaşinqton İrvinq 1819-cu ildə dərc edilən "The Sketchbook of Geoffrey Crayon, Gent" kitabında ətraflı təsvir edir. Yazıçı öz hekayəsində imkanlı bir britaniyalının öz işçilərini Milad bayramını qeyd etmək üçün evinə dəvət etdiyini təsvir edir. Hekayədə həmin zadəganın Milad bayramını, milli ənənələrdən istifadə etməklə təşkil etdiyi göstərilir.


Etiketlər:  Amerikada Milad Ənənələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ