Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 12:08
Bakı. Trend:
Gələn il fevral 29-da azərbaycanlı kikboksçu Ramal Aslanov növbəti peşəkar döyüşünə çıxacaq.
Trend-in məlumatına görə, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Belarusun paytaxtı Minskdə keçiriləcək “MGC Live 2 Fight” döyüş gecəsi çərçivəsində yerli idmançı Maksim Spodarenko ilə qarşılaşacaq.
Bu il 75 kiloqram çəkidə dünya çempionu olmuş 27 yaşlı “Lord” ləqəbli R.Aslanov indiyədək peşəkar rinqdə 40 döyüş keçirib. O, bunlardan 35-də qalib gəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin