Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundular - FOTO

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundular - FOTO

Tarix: 25 Dekabr 2019 15:46

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, mükafat Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər İdman komitəsinin sədri və Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi (polkovnik), Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevə təqdim edilib.

Qeyd edək ki, Ülvi Quliyev Karate idman növünün Avropa və Dünya çempionu adını qazanmış, Azərbaycan Respublikasının Əməkdar İdman ustası", "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adları ilə təltif olunub.

Füzuli Musayev karate üzrə 2 qat Dünya çempionu, Avropa çempionu, SSSR-i çempionu, dəfələrlə Azərbaycan çempionu olmuş, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Əməkdar İdman ustası" fəxri adları ilə təltif olunub.


Etiketlər:  Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ