Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 20:24
Türkiyə mətbuatında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı yeni iddia ortaya atılıb.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Fənərbaxça" İdarə Heyətinin üzvü Sərtaç Komşuoğlunun tvitter hesabından paylaşımı sponsorluq məsələsini yenidən gündəmə gətirib.
Belə ki, Komşuoğlu ötən ay "sarı-lacivərdlilər"ə sponsorluq edəcəyi iddiası ortaya atılan SOCAR rəsmilərindən Fuad İbrahimovla bir araya gəlib. Onun İbrahimovla çəkdirdiyi şəkli paylaşması "tərəflər arasında danışıqlara başlanıldı" kimi qələmə verilməsinə səbəb olub. "Fənərbaxça" rəsmisi şəklin üzərinə isə "SOCAR-ın önəmli ismi Fuad İbrahimovla birlikdəyik. Gündəmimiz sıxdı..." yazıb.