Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamiləlik əleyhinə həblərdən istifadə edən qadının beyninə SU YIĞILDI - FOTO

Hamiləlik əleyhinə həblərdən istifadə edən qadının beyninə SU YIĞILDI - FOTO

Tarix: 25 Dekabr 2019 23:46

İngiltərəli qadın şiddətli baş ağrısının səbəbini öyrənən zaman həyatının şokunu yaşayıb.

Sonxeber.net xəbər verir ki, İngiltərənin Essex bölgəsində yaşayan Kirstiy Luckin adlı gənc qadın dostları ilə əyləndiyi gecənin səhərisi şiddətli baş ağrısı ilə yuxudan oyanıb. Baş ağrısının səbəbinin axşam qəbul etdiyi spirtli içki olduğunu düşünən qadın ağrı şiddətlənən zaman həkimə müraciət edib. Həkim müayinəsindən sonra məlum olub ki, Kristinin beyninin bir hissəsinə su yığılıb. Gənc qadın öyrənib ki, 6 ildir fasilə vermədən qəbul etdiyi hamiləlik əleyhinə həblər beyninə su yığılmasına səbəb olub. Kristi müalicə alsa da baş ağrıları şiddətlənməkdə davam edib. O baş ağrısını azaltmaq üçün ağrıkəsicilərdən istifadə edir. 

Qeyd edək ki, hamiləlik əleyhinə həblərin beyinə su yığması hər 10 mində bir qadında müşahidə edilir. (ölkə.az)


Etiketlər:  Hamiləlik əleyhinə həblərdən istifadə edən qadının beyninə YIĞILDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ