Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 12:20
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən milli səviyyədə 1350 dopinq testi keçirilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Ş.Hüseynli bildirib ki, ötən illə müqayisədə AMADA tərəfindən keçirilən testlərin sayı 56.4 faiz artıb. AMADA 2019-cu ildə 16 antidopinq qayda pozuntusu aşkar edib.
Agentlik rəhbəri əlavə edib ki, araşdırmalar davam edir və tam rəqəmlər növbəti ilin ilk aylarında məlum olacaq. 2018-ci ildə isə 27 antidopinq qayda pozuntusu aşkar edilmişdi.
Ş.Hüseynli vurğulayıb ki, aşkar edilən antidopinq qayda pozuntularından 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedə, 2-si güləşdə, 1-i atıcılıqda, 1-i samboda, 1-i cüdoda, 1-i yüngül atletikada qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin